Logo
news content
User
Kateqoriyalar

Xəbər

Harvard Universitetinin vergi statusu yenidən nəzərdən keçiriləcək

Daxili Gəlirlər Xidməti (IRS, ABŞ-nin əsas vergi yığım qurumu) Harvard Universitetinə tətbiq olunan vergi azadlığını ləğv etmək niyyətindədir.

Bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Harvardın statusu ilə bağlı yekun qərar yaxın vaxtlarda veriləcək. Qeyd olunub ki, qurum ABŞ Prezidenti Donald Trampın universitetin akademik mühitində antisemitizmlə mübarizə addımlarını dəstəkləyəcək.

Əvvəllər Tramp Harvardı siyasi təşkilat kimi qiymətləndirməyi və onu vergidən azad universitet statusundan məhrum etməyi təklif etmişdi. ABŞ Təhsil Nazirliyi Harvard Universiteti üçün 2,2 milyard dollar məbləğində qrantların və 60 milyon dollar məbləğində uzunmüddətli müqavilələrin dondurulduğunu elan edib.

Həmçinin bildirilirdi ki, Amerika administrasiyası bu elit ali təhsil müəssisəsi ilə ümumi məbləği təxminən 9 milyard dollar olan qrant və müqavilələri yenidən nəzərdən keçirmək niyyətindədir.