Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Harry Truman” aviadaşıyıcısı ticarət gəmisini vurub

ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi "Harry Truman” Misir sahillərində ticarət gəmisi ilə toqquşub.

Bu barədə "Breaking Defence" portalı ABŞ-nin 6-cı donanmasının nümayəndəsinə istinadən məlumat yayıb.

Toqquşma təyyarədaşıyan gəmi üçün təhlükə yaratmayıb. Ölən və yaralananlar barədə məlumat verilmir.

Hadisə ilə bağlı araşdırma aparılır.