Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hakan Fidan Rusiyada Vladimir Putinlə görüşüb

Rusiyada səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan prezident Vladimir Putinlə görüşüb. 

“Sabah” nəşrinin məlumatına görə, görüş bir saat davam edib.

Türkiyə Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, görüşdə Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün son təşəbbüslər, iki ölkənin rəsmiləri arasında mayın 16-da İstanbulda keçirilən danışıqlardan sonra baş verən proseslər, habelə iqtisadiyyat və enerji sahəsində ikitərəfli məsələlər müzakirə edilib. 

H.Fidan bu gün həmçinin Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə də görüşüb. Onun sabah həmkarı Sergey Lavrovla da görüşü gözlənilir.