Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hadı Rəcəbli vəfat edib

Azərbaycanda keçmiş millət vəkili Hadı Rəcəbli vəfat edib. 

O, bu gün 76 yaşında dünyasını dəyişib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də sabiq deputat Hadı Rəcəblinin ölümü ilə bağlı məlumat yayıb.

Qurumdan verilən məlumata görə, sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17 aprel saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.