Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcüstanın yeni Patriarxı seçilib

Senaki və Çxorotsku mitropoliti Şio (Elizbar Muciri) bütün Gürcüstanın yeni - 142-ci Katalikos-Patriarxı seçilib.

Səsvermədə Müqəddəs Sinodun bütün 39 üzvü iştirak edib. Mitropolit Şio 22 səs toplayıb.

Qeyd edək ki, Patriarx postuna əsas namizədlər Senaki və Çxorotsku mitropoliti Şio (Mujiri), Mroveli-Urbenisi mitropoliti İob (Akiaşvili) və Poti-Xobi mitropoliti Qriqoli (Berbiçaşvili) olub.

Gürcüstan Katolikos-Patriarxının seçilməsi proseduru 1995-ci ildə Svetitsxoveli Kafedralında keçirilən Gürcüstan Kilsəsinin XIII Genişləndirilmiş Şurasında qəbul edilmiş əsasnamə ilə tənzimlənir.

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar ölkədə matəm elan olunub və matəm günləri dəfn mərasiminə qədər (22 mart) davam edib.