Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcüstana gedənlərdən sığorta yığımı ilə bağlı yenilik - Diqqətli olun

Gürcüstanın Milli Turizm Administrasiyası ölkəyə səfər edən bütün turistlər üçün icbari tibbi və bədbəxt hadisələrdən sığortanın 2026-cı ilə qədər təxirə salınmasına qərar verib.

Bu barədə "Sputnik Gürcüstan" xəbər verir.

İlkin versiyaya görə, bu tələb 1 iyun 2024-cü ildə qüvvəyə minməli idi. Lakin turizm administrasiyası və sığorta şirkətləri bir sıra məsələlərdə, o cümlədən sığorta paketinin minimum dəyəri ilə bağlı konsensus əldə edə bilməyiblər.

Bugünkü gün Gürcüstanda yalnız xarici nömrəli avtomobillərin sığortası tələb olunur (15 gündən çox qaldıqda). Sığorta yol qəzası zamanı zərərçəkənlərə dəyən həm fiziki, həm də maddi ziyanı əhatə edir.