Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gözlənilən baş verdi: Rusiyada son bir əsrdə ilk defolt

Rusiya 1918-ci ildən bu günə kimi ilk dəfə suveren valyuta borcunu ödəməkdən imtina edib.

Bu barədə “Bloomberg” xəbər verir.

Məlumata görə, iyunun 27-nə keçən gecə dövlət istiqrazları üzrə vaxtı keçmiş 100 milyon ABŞ dollarına yaxın ödənişin ödənilməsi üçün güzəşt müddəti başa çatıb.

Məlumatda qeyd olunur ki, hazırda olan vəziyyət unikaldır. Çünki Rusiya Federasiyası borcu ödəmək istəyir, bunun üçün vəsaiti var, lakin Qərbin tətbiq etdiyi sanksiyalar bu imkanı məhdudlaşdırır.

Nəşr vurğulayır ki, bu, 1918-ci ildə hakimiyyətə gələn bolşeviklərin Rusiya imperiyasının borclarını ödəməkdən imtina etməsindən sonra ölkənin xarici borcuna görə ilk defoltudur.

Agentliyin fikrincə, Rusiya defolt elan edəcək.