Logo
news content
User
Kateqoriyalar

Xəbər

Göygöldə qardaş və iki bacı olmaqla 4 nəfər zəhərlənərək ölüb

Mənbə: APA

Göygöldə 4 nəfər zəhərlənərək ölüb.

Hadisə rayonun Aşıqlı kəndində olub.

Ölənlərdən 1-i qardaş, 2-si bacı olmaqla Kəlbəcər rayon sakinləri - 1999-cu il təvəllüdlü Seymur Hüseynli, 2000-ci il təvəllüdlü Münəvvər Hüseynova, 2004-cü il təvəllüdlü Xatirə Hüseynova və 1990-cı il təvəllüdlü Səbinə Müseyibovadır.

Ölənlər həmin kəndə bir günlük istirahət üçün gəlibmişlər. Onların dəm qazından, yoxsa qida zəhərlənməsindən öldükləri dəqiqləşdirirlir.

Faktla bağlı araşdırma aparılır.