Logo
news content
User
Kateqoriyalar

Xəbər

Göygöldə ağır yol qəzasında 5 nəfər ölüb

Göygöl rayonunda beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Bakı-Qazax magistralının Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük avtomobili ilə "VAZ-2107"nin toqquşması nəticəsində bir ailənin 4 üzvü - ata, ana, 18 aylıq körpə və bir qadın dünyasını dəyişib.

Daha sonra xəsarət alanlardan daha biri dünyasını dəyişib.

Hazırda onların şəxsiyyəti dəqiqiləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. (Report)