Logo
news content
User
Kateqoriyalar

Xəbər

Goranboyda kişi arvadı, gəlini və nəvələrinin olduğu həyətə qumbara atıb - TƏFƏRRÜAT

Mənbə: Report

Goranboyda 38 yaşlı qadın ailə münaqişəsi zəminində yaralanıb.

Hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Vəfa Aslanova ailə münaqişəsi zəminində çox saylı qəlpə yarası alıb və xəstəxanaya yerləşdirilib.

Yaxınlarının dediyinə görə, qadının qayınatası 1957-ci il təvəllüdlü Zakir Namazov qadının yaşadığı evin önünə qumbara atıb. Nəticədə qadın qəlpə xəsarətləri alıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Artıq baş verən hadisənin bəzi təfərrüatları məlum olub.

Belə ki, gəlininin həyətinə qumbara atan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlunun psixoloji problemləri olub. O, partlayıcını səbəbsiz yerə həyətə atıb.

Qeyd edək ki, hadisə zamanı qadınla yanaşı onun qayınanası və uşaqları da həyətdə olublar. Ehtimal edilir ki, Tapqaraqoyunlu kəndi ərazisində çobanlıq edən şəxs həmin partlayıcı maddəni müharibə qalıqları ilə çirklənmiş və təmizlənməyən yerdən tapıb. Hazırda hüquq-mühafizə orqanları cinayət əməlində şübhəli bilinən şəxsin dindirilməsini həyata keçirir.

Hadisə nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı Goranboy Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.