Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gömrük Komitəmizə kimlər sədrlik ediblər?

Xəbər verdiymiz kimi, Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevi tutduğu vəifədən azad edib.

Bu gün isə DGK-nın sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası DGK sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilib.

Gömrük Komitəsi yaradıldığı gündən ona sədrlik etmiş şəxslərin siyahısını təqdim edirik.

1992-ci il yanvarın 30-da yaradılan Gömrük Komitəsinə həmin gün Maqsud Məmmədov sədr təyin olunub.

1992-ci il iyunun 4-də sədr postuna Tofiq Kərimov gətirilib.

1992-ci il oktyabrın 5-də İbrahim Vəliyev sədr vəzifəsinə təyinat alıb.

1993-cü il iyulun 30-da Dövlət Gömrük Komitəsinin sədri postuna Tahir Əliyev keçib.

1995-ci il yanvarın 17-dən 2006-cı il fevralın 6-dək sədr postunda Kəmaləddin Heydərov xidmət edib.

2006-cı il fevralın 6-dan Aydın Əliyev sədr olub.

2018-ci il aprelin 23-dən 2022-ci il iyulun 16-dək sədr postunu Səfər Mehdiyev tutub.

2022-ci il iyulun 18-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilən Şahin Bağırov sədr vəzifəsinin müvəqqəti icraçısı sayılır.