Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gennadi Burbulis Bakıda qəflətən dünyasını dəyişdi

Bu gün günorta saatlarında Rusiyanın keçmiş dövlət katibi, Yeltsinin müttəfiqi Gennadi Burbulis 77 yaşında Bakıda vəfat edib.

Bu haqda onun ailəsinə istinadla TASS məlumat yayıb.

Burbulis beynəlxalq forumda iştirak etmək üçün Bakıya gəlib. Hələlik ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

Turan agentliyi isə öz mənbələrinə istinadla xəbər verir ki, Burbulis Azərbaycanın paytaxtında otellərdən birində saunada olarkən ölüb.

Gennadi Eduardoviç Burbulis - Sovet və Rusiya dövlət və siyasət xadimidir. Boris Yeltsinin prezidentliyinin əvvəlində ən yaxın silahdaşlarından biri olub. 1991-1992-ci illərdə dövlət katibi və Rusiya baş nazirinin birinci müavini vəzifələrində çalışıb.