Logo
news content
User
Kateqoriyalar

Xəbər

General Ehtiram Xəlilov həbs edildi, onun yerinə yeni təyinat var

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimata baxılıb.



Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Onun 200 mindən çox rüşvət aldığı bildirilir.

Artıq Ehtiram Xəlilov işdən çıxarılıb. Bu barədə DGK-nin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev əmr imzalayıb.

Onun digər əmri ilə “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsinə Məsumov Hüseyn Möhsün oğlu təyinat alıb.