Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gəncədə bacı-qardaş olan iki körpə nənələri tərəfindən küçəyə atılıb

Gəncə şəhərində bir gündə iki uşaq küçəyə atılıb.

Bacı və qardaş olan uşaqlardan biri 4 aylıq körpə qızdır. Digəri isə 3 yaşlı oğlan uşağıdır.

Həmin uşaqlar şəhərin mərkəzində tapılaraq Gəncə Şəhər Uşaq Xəstəxanasına gətirilib.

Gəncədə körpələrin küçəyə atılmasının bəzi təfərrüatları məlum olub. Uşaqların qəyyum olan nənə əvvəlcə dörd aylıq körpəni, sonra isə onun qardaşını Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısına qoyub.

TƏBİB-dən bildirilib ki, 21.10.2023-cü il tarixində saat 12:45 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2 uşaq - 2 yaşlı Cəlilov Miryusif Həsən oğlu və onun 4 aylıq bacısı Cəlilova Mələk Həsən qızı gətirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib:

"Uşaqların diaqnozları yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası olaraq müəyyən edilib. Hazırda tibb müəssisəsinin Pediatriya şöbəsində müalicələri davam etdirilir. Vəziyyətləri stabildir". (APA)