Fransadakı böhran Avropa İttifaqını çökdürə bilər
16 İyun 2024
Fransadakı siyasi böhran Avropa İttifaqı üçün Böyük Britaniyanın "Brexit"indən daha böyük təhlükə yarada bilər.
"Bloomberg" agentliyində işıq üzü görən bu fikir Avropa rəsmilərinə istinadən dərc edilib.
Avropalı siyasi texnoloqlar iddia ediblər ki, Fransada baş verən hadisələr Aİ-nin təməllərinə zərbə vura bilər. Ona görə də bu mövzu indi Brüsseldə əsas müzakirə predmetidir.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makronun partiyası Avropa Parlamentində keçirilən son seçkidə ifrat sağcı namizədlərə sarsıdıcı məğlubiyyətindən sonra bazar günü parlamenti buraxıb. Fransada parlament seçkisinin ilk turu iyunun 30-da keçiriləcək.