Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fransada seçki: Qalib kimdir?

Fransada parlamentin aşağı palatası olan Milli Məclisə seçkinin ilk turu geridə qalıb. 12 iyun səsverməsində prezident Emmanuel Makronun İntibah Partiyası və müttəfiqləri 25,7 faiz dəstəklə önə çıxır.

Sosialist Partiyası, Kommunist Partiyası, Fəthedilməz Fransa Partiyası və başqa solçuları birləşdirən blok 25,6 faizlə ikinci yerdə göstərilir.

İfrat sağ qüvvə – Milli Birlik Partiyası 18,6 faiz, Respublikaçılar Partiyası və müttəfiqləri 13,6 faiz səs alır.

Milli Məclis 577 təkmandatlı dairədə seçilir. Marafonun ikinci turu iyunun 19-na təyin edilib.

Emmanuel Makron 2017 və 2022-ci illərdə prezident mandatı alıb. İntibah Partiyası və müttəfiqləri 2017-ci ildə seçilmiş indiki parlamentdə çoxluqdadır. Baş nazir postunu Elizabet Born tutur.