
Fransada iki qırıcı təyyarə toqquşub - VİDEO
26 Mart 2025
Fransada iki reaktiv təyyarə toqquşub.
Bu barədə ölkənin silahlı qüvvələrinin naziri Sebastyen Lekornu “X” sosial şəbəkəsində məlumat verib.
“Fransanın şərqində “Patrouille de France”a məxsus iki “Alpha Jets” təyyarəsinin manevrləri zamanı qəza baş verib. Xilasetmə xidmətləri hadisə yerinə cəlb olunub”, - o yazıb.
“Puissance Television” portalında yayımlanan görüntülərdən bəlli olur ki, iki təyyarə dönüş həyata keçirərkən toqquşub.