Fransa Ukraynaya hərbçi göndərilməyibmiş
06 May 2024
Fransa Xarici İşlər Nazirliyi (XİN) bu ölkə qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı məlumatı etibarsız adlandırıb.
Bu barədə Fransa XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Fransanın Ukraynaya dəstəyi ilə bağlı dezinformasiya kampaniyası səngimək bilmir. Xeyr, Fransa Ukraynaya hərbçi göndərməyib”, - məlumatda qeyd edilib.