Fransa səfiri Bakıya qayıdıb
30 Aprel 2024
İki həftədir Bakıda olmayan Fransa səfiri Ann Buayon geri qayıdıb. O, Bakı və Paris arasında münasibətlərin kəskin pisləşməsi ilə əlaqədar "məsləhətləşmələr aparmaq üçün" Fransa prezidenti tərəfindən geri çağırılmışdı.
Fransa Azərbaycanın "ikitərəfli münasibətlərə xələl gətirən hərəkətlərdə" ittiham edib.
Bundan əvvəl Azərbaycan hakimiyyəti iki Fransa diplomatını ölkədən çıxarıb, daha əvvəl isə fransalı biznesmeni casusluq ittihamı ilə həbs edib.
Öz növbəsində, Paris Azərbaycan səfirliyindən iki diplomatı geri göndərib.
Son aylar Bakı və Paris arasında qarşılıqlı ittihamların səsləndiyi təbliğat dueli davam edir. Prezident Makronun və Fransa parlamentinin ermənipərəst mövqeyi Bakının narazılığına səbəb olur.