Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fransa "Mirage 2000" döyüş təyyarələrinin ilk partiyasını Ukraynaya göndərib

Fransa istehsalı olan “Mirage 2000” təyyarələrinin ilk partiyası Ukraynaya çatdırılıb.

Bu barədə Fransa silahlı qüvvələrinin naziri Sebastyen Lekornu sosial şəbəkələrdə məlumat verib.

"2024-cü il iyunun 6-da Fransa Prezidenti Emmanuel Makron Ukraynaya “Mirage 2000” təyyarələrinin tədarük ediləcəyini bəyan etmişdi. Bu gün ilk təyyarələr Ukraynaya çatdırılıb", - o bildirib.

Onun sözlərinə görə, təyyarələri Fransada təlim keçmiş Ukrayna pilotları idarə edir.