Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fransa Ermənistana üç ədəd "Ground Master 200" radarı göndərib

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini bildirib ki, Paris Yerevana üç ədəd Ground Master 200 radarı göndərib.

Ground Master 200 hava hücumundan müdafiəni təmin etmək üçün çoxməqsədli orta mənzilli radardır.

Yüksək mobilli GM200 250 kilometrədək məsafədə az və çox hündürlükdə hədəfləri aşkarlayır və eyni zamanda müşayiət edir və hədəfi 100 kilometrədək məsafədə vurmaq üçün hava hücumundan müdafiə silahlarının koordinasiyasını təmin edir.

Səfirin bildirdiyinə görə, "Fransa Ermənistana elə hərbi texnika göndərir ki,  başqaları onu ala bilmir". Bu barədə o X platformasındakı hesabında yazıb.