Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fərrux kəndi ilə bağlı danışıqlar aparılır?

Qarabağ separatçılarının liderlərindən olan David Babayan iyunun 20-də Azadlıq Radiosunun erməni xidmətinə ("Azatutyan") deyib ki, Azərbaycan silahlı qüvvələrinin Fərrux kəndi istiqamətində irəliləməsindən üç ay keçməsinə baxmayaraq bu barədə hələ də danışıqlar aparılır.

"Azatutyun" yazır ki, Babayan danışıqların kimlərin arasında və hansı formatda aparıldığına dair heç nə deməyib.

Separatçılar bundan əvvəl demişdilər ki, danışıqlar Rusiya sülhməramlılarının vasitəçilyi ilə aparılır.

"Azatutyun" yazır ki, Ermənistan prezidenti Vaaqn Xaşatryan da ötən həftəsonu Rusiyanın erməni icması ilə görüşündə Fərrux kəndi barədə danışıb. O iddia edib ki, Rusiya tərəfi bu məsələdə öz "səhvini" etiraf edib.

David Babayansa hesab edir ki, bu məsələdə Rusiya tərəfini ittiham etmək düzgün deyil.

Babayan hədələyir

O əlavə edib ki, Fərruxda baş vermiş insident təkcə Dağlıq Qarabağa deyil, Rusiya sülhməramlılarına zərbə olub. Babayan Azərbaycan tərəfini terrorçuluqda ittiham edərək, hədələməkdən də çəkinməyib:

“Fərruxdakı insident terror aktı idi və həm bizə, həm də sülhməramlılara zərbə olub. Bu zərbə cavabsız qalmayacaq. Harda nə vaxt baş verməsindən asılı olmayaraq terrorizm cavabsız qalmamalıdır”.

O bir daha Qarabağın statusu məsələsinə toxunub və deyib ki, Qarabağ üçün Azərbaycanın tərkibində istənilən status qeyri-məqbuldur.

Babayan Qarabağ ermənilərinin Azərbaycanın tərkibində hüququnu, yəhudilərin ölüm düşərgələrindəki hüquqları ilə müqayisə edib.

ATƏT-in Minsk qrupu həmsdərlərindən danışan Babayan deyib ki, “hazırda Qərb və Rusiya arasında yaranmış vəziyyətə görə onlar görüşə bilmirlər”.

Onun sözlərinə görə qrup buraxılmayıb, sadəcə olaraq “donmuş” vəziyyətə düşüb.