Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əvvəl Moskva polisi saxladı, sonra Ukraynaya əsir düşdü - Foto

Rusiya Silahlı Qüvvələrinin tərkibində vuruşan Azərbaycan əsilli Gürcüstan vətəndaşı Elşad İsmayılov Ukrayna ordusuna əsir düşüb.

Ukrayna mətbuatı xəbər verir ki, 38 yaşlı Elşad İsmayılov əvvəllər Tbilisidə yaşayıb. 

Sonradan Rusiyaya köçən İsmayılov bu il iyunun 25-də parkda yaşadığına görə Moskva polisi tərəfindən saxlanılıb. Moskva hərbi komissarlığında o, Rusiya Müdafiə Nazirliyi ilə hərbi xidmət müqaviləsi imzalayıb.  

Məlumata görə, bu il sentyabrın 28-də İsmayılov “Özbək” ləqəbli digər hərbi qulluqçu ilə birlikdə hücum əməliyyatına göndərilib. Onun sözlərinə görə, döyüş yoldaşı hücum əməliyyatında iştirak etməmək üçün yolda özünü ayağından yaralayıb, İsmayılova isə hərəkəti tək davam etdirmək əmri verilib. O, oktyabrın 5-də marşrut üzrə hərəkəti davam etdirərkən Ukrayna hərbçiləri tərəfindən əsir götürülüb və hazırda bu ölkədə saxlanılır.