Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 25 nəfər ölüb
28 Noyabr 2026
Əfqanıstanın Kunar vilayətindəki orta məktəbdə baş verən güclü partlayış nəticəsində azı 25 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.
Bu barədə Əfqanıstanın "Hasht-e Subh Daily" nəşri məlumat yayıb.
Həlak olanların və xəsarət alanların hamısı orta məktəb şagirdləridir. Yaralılar vilayət xəstəxanasına çatdırılıb.
Hadisənin səbəbləri hələlik məlum deyil.
12:18
Əfqanıstanın şərqindəki Kunar vilayətində orta məktəbdə baş verən partlayış nəticəsində bir neçə şagird ölüb və yaralanıb.
“Associated Press” xəbər verir ki, bu barədə vilayətin polis idarəsinin nümayəndəsi Fərid Dehqan bildirib.
Onun sözlərinə görə, partlayış bu gün səhər Andar-Ser rayonunda yerləşən məktəbdə baş verib.
Ölənlərin və yaralananların dəqiq sayı, həmçinin partlayışın səbəbi hələlik məlum deyil.
Hadisə yerində Pakistanla sərhəddə yerləşən Kunar vilayətindən olan istintaq qrupları işləyir.