Logo
news content
User
Kateqoriyalar

Xəbər

Estoniya məktəblərdə rus dilindən tam imtina edir

Estoniyanın Təhsil və Elm Nazirliyi məktəblərdə təhsilin 2035-ci ilə qədər eston dilinə tam köçürülməsi planını təqdim edib.

TASS xəbər verir ki, nazirlik bununla bağlı dünən qərar qəbul edib.

Sənədə görə, məqsəd 2035-ci ilə qədər dövlət dilində təhsilə keçiddir, yəni dövlət və yerli hökumətlər tərəfindən maliyyələşdirilən məktəb və uşaq bağçalarında təhsil eston dilində aparılmalıdır.

Təhsil və elm naziri Liina Kersna deyib ki, plan Estoniyanın hakim koalisiyası ilə hələ razılaşdırılmayıb.

Hazırda Estoniyanın müxtəlif regionlarında 74 orta məktəbdə tədris rus dilində aparılır.(Report)