Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanın xarici işlər naziri sabah İrana səfər edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İranın paytaxtı Tehrana səfər edəcək.

IRIB xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlayıb.

"Ararat Mirzoyanın Tehrana səfəri ikitərəfli münasibətlərin genişləndirilməsi, həmçinin regional sülh və təhlükəsizliyin gücləndirilməsi məqsədilə İran-Ermənistan arasında davamlı məsləhətləşmələr çərçivəsində həyata keçirilir", - o bildirib.

Qeyd olunub ki, Ermənistanın xarici işlər naziri İran rəsmiləri ilə görüşdə Cənubi Qafqazda regional əməkdaşlıq barədə danışıqlar aparacaq.