Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olublar

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları - Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Bu barədə Pressklub.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin!", - Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.