Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda TRIPP sazişinin ölkə Konstitusiyasına uyğunluğu nəzərdən keçiriləcək

Ermənistan Konstitusiya Məhkəməsi sentyabrın 15-dən etibarən ABŞ ilə "Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişində nəzərdə tutulan öhdəliklərin ölkə Konstitusiyasına uyğunluğu məsələsinin araşdırılmasına başlayacaq.

Bu barədə "News.am" məlumat yayıb.

Məlumata görə, sazişdə əks olunan öhdəliklərin konstitusiyaya uyğunluğu ilə bağlı iş Konstitusiya Məhkəməsinin icraatına qəbul edilib.