Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda Qaqik Tsarukyana məxsus "Ararat" konyak zavodu dövlətin nəzarətinə verilib

Qanunsuz əmlakın müsadirə edilməsi proseduru çərçivəsində Ermənistan Antikorrupsiya Məhkəməsinin qərarı ilə İrəvanın "Ararat konyak-şərab-araq kombinatı" ASC-nin səhmləri dövlətin idarəçiliyinə verilib.

Ermənistan mediası 9-da Baş Prokurorluq qanunsuz əmlakın müsadirə edilməsi tələbi ilə Qaqik Tsarukyana və onun ortaqlarına qarşı Antikorrupsiya Məhkəməsində iddia qaldırmışdı. İddiada kombinatın Tsarukyana məxsus olan səhmlərinin qanunsuz mənşəli əmlak kimi Ermənistan Respublikasının xeyrinə müsadirə edilməsi tələb olunurdu.

Məhkəmənin 30 iyul 2026-cı il tarixli qərarı ilə qaldırılmış vəsatət təmin edilib: "Ararat" İrəvan konyak-şərab-araq kombinatının səhmlərinin idarə edilməsi və saxlanılması İqtisadiyyat Nazirliyinin timsalında Ermənistan Respublikasına ötürülüb.

Daha əvvəl Tsarukyana məxsus "Araratsement" zavodu və "Multi Wellness Center" idman kompleksi də dövlətin idarəçiliyinə verilmişdi.