Ermənistanda hərbçi ölüb, bir nəfər tutulub
27 Fevral 2026
26 fevral tarixində Ermənistan ordusunun hərbçisi Narek Hamletoviç Hakobyanın cəsədi aşkarlanıb.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisənin motivlərinin araşdırılması üçün istintaq başladılıb və hərbçinin ölümü ilə bağlı bir nəfər saxlanılıb.
Araşdırma davam edir.