Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda etirazlar bərpa olunub - Həbslər var

Səhər saatlarından Ermənistanın paytaxtında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə kütləvi itaətsizlik aksiyaları başlayıb.

“Sputnik-Armenia”nın xəbərinə görə, “Vətən Uğrunda Tavuş” hərəkatının fəalları İrəvanın Abovyan küçəsində toplaşaraq, mərkəzə doğru hərəkət ediblər.

Polis onların qarşısını kəsdikdən sonra həbslərə başlayıb.

Bu saata olan məlumata görə, aksiyanın 7 nəfər iştirakçısı saxlanılaraq, naməlum istiqamətə aparılıb.