Ermənistanda ərzaq 4,5 faiz ucuzlaşıb
08 May 2024
Ermənistanın Statistika Komitəsi bildirir ki, apreldə ərzaq 2023-cü ilin eyni ayına nəzərən 4,5 faiz ucuzlaşıb.
Yağ və piylərdə qiymət azalması 15,2 faiz, tərəvəzdə 8,2 faiz, balıq və dəniz məhsullarında 6,5 faiz, meyvədə 5 faiz, çörək və başqa taxıl məhsullarında 4,2 faiz, şəkər və şirniyyatda 2,8 faiz, ət məhsullarında 2,3 faiz, süd məhsulları və yumurtada 1,9 faiz göstərilir.
Rəsmi hesabata görə, il ərzində spirtli içkilər və siqaret 7 faiz, qəhvə, çay və kakao 2,7 faiz, mineral su və bulaq suyu 0,7 faiz dəyər artırıb.