Ermənistanda delimitasiya ilə bağlı Tavuş sakinlərindən ibarət işçi qrup yaradılıb
22 Aprel 2024
Ermənistan Respublikası Baş Naziri Aparatının rəhbəri Arayik Arutyunyanın qərarı ilə “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiya" yanında işçi qrupu yaradılıb.
Ermənistan KİV-i xəbər verir ki, işçi qrupun tərkibinə Voskepar, Kirants, Bağanis və Berkaber kəndlərinin inzibati rəhbərləri və sakinləri də daxil edilib.
İşçi qrupuna Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan rəhbərlik edəcək.