Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda Baqrat Qalstanyan və Samvel Karapetyanın həbs müddəti uzadılıb

İrəvan məhkəməsi "Müqəddəs mübarizə" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın həbs müddətini üç ay uzadıb.

Ermənistan mediası xəbər verir ki, bu barədə İrəvan ümumi yurisdiksiya məhkəməsinin cinayət işləri üzrə hakimi Karen Farxoyan bildirib.

Xatırladaq ki, "Müqəddəs mübarizə" hərəkatının 18 üzvü "terror aktına hazırlıq və hakimiyyəti ələ keçirməyə cəhd" işi üzrə ittiham olunur. Hərəkatın lideri Qalstanyan və onun tərəfdarları iyun ayının sonunda həbs olunublar. Avqustun 21-də arxiyepiskopun həbs müddəti 3 ay uzadılıb.

Ermənistanın Antikorrupsiya Apellyasiya Məhkəməsi isə iş adamı Samvel Karapetyanın həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəkillərin vəsatətini rədd edib.

Xatırladaq ki, Karapetyan iyun ayında iki aylıq müddətə həbs olunmuşdu. Ona qarşı hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar ittihamı irəli sürülüb. Daha sonra məhkəmə onun həbs müddətini əvvəlcə oktyabrın 18-ə, sonra isə noyabrın 17-ə qədər uzadıb.