Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan XİN başçılarının Qazaxıstanda görüşməsi təklifini dəyərləndirir

Qazaxıstan tərəfin təklifi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mümkün görüşü haqqında razılaşma əldə olunan kimi Ermənistan XİN görüşün tarixi haqqında məlumat verəcək. Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

"Ermənistan danışıqların aparılması üçün həqiqətən Cənubi Qaqazda möhkəm sülh əldə olunmasına yönəlmiş, 1991-ci il tarixli Alma-Atı Bəyannaməsi daxil olmaqla, razılaşdırılmış sənədlərə uyğun olan vasitəçilik səylərini və platformaları nəzərdən keçirir və dəstəkləyir", deyə XİN-in mətbuat katibi bildirib.

Bakı Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qazaxıstan görüşünə razılıq verib. Bu barədə aprelin 24-də prezident İlham Əliyev bildirib.