Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan və Fransa arasında yeni hərbi əməkdaşlıq sazişi imzalanıb

Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya işgüzar səfəri çərçivəsində iyunun 17-də Ermənistan Müdafiə Nazirliyi ilə Fransanın “KNDS” hərbi-sənaye şirkəti arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Digər hərbi-texniki vasitələrlə yanaşı, "KNDS" şirkəti Ukraynaya da göndərilən "Caesar" özüyeriyən haubitsalar istehsal edir.