Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan və Azərbaycanda döyüşlər barədə nə düşünürlər?


Ermənistanla Azərbaycan arasındakı sərhəd bölgəsində toqquşmalara görə hər iki tərəfdən itki verilib. Bazar ertəsindən çərşənbə axşamına keçən gecə baş verən qanlı döyüşlərdə Azərbaycandan 50, Ermənistandan 105 nəfər həlak olub.





Bakı və Yerevan artan gərginliyə görə bir-birilərini günahlandırırlar. Beynəlxalq təşkilatlar və aparıcı ölkələr atəşkəsin pozulmasını birmənalı pisləyib. Mediada onun səbəbləri təhlil edilir.





Bəs, görəsən Ermənistan və Azərbaycanda atəşkəsin pozulması barədə nə düşünürlər?





"Belə bir hadisənin baş verəcəyini gözləyirdik"




BBC-yə danışan erməni ekspertləri baş verənlərə görə ölkə ictimaiyyətində Azərbaycana qarşı kəskin bir reaksiyanın yarandığını, lakin hadisənin gözlənilməz olmadığını deyirlər.




Jurnalist, şərhçi Roobik Monasian bir müddətdir ki, gərginliyin yaşandığını deyir. "Düzünü dəsək, bunu gözləyirdim. Təxminən on gündür xəbərləri izləyərkən gərginliyin artdığını və bunu azaltmaq üçün heç bir addım atılmadığını görürdüm. Artan gərginliyin belə bir partlayışa səbəb olması təbiidir."





Yerevanlı siyasi şərhçi Styopa Safaryan da hadisələrin gözlənilən oldğunu deyir.





"Mən bunu mütləq gözləyirdim. Bir neçə gün əvvəl Azərbaycanın müdafiə naziri öz komandirlərini ermənilərin hücumlarına hazır olmağa çağırıb. Ermənistan Müdafiə Nazirliyi bu cür iddiaları həmişə təkzib edib. Nəhayət, Azərbaycan Ermənistanın beynəlxalq səviyyədə tanınmış qanuni sərhədlərini pozdu."




Lakin Bakıda hadisələrin başqa cür inkişaf etdiyini qeyd edirlər.









Xəritə








Toplum.tv-nin baş redaktoru Xədicə İsmayılova BBC Türkceye açıqlamasında deyir ki, son toqquşma Ermənistanı sərhəd qüvvələrinə atəş açmaqda ittiham edən Bakının cavabı olub: "Azərbaycan Müdafiə Nazirliyi günlərdir ki, gərginliyin artdığını, Ermənistan Silahlı Qüvvələrinin sərhəddə döyüş sursatı yığaraq sərhədçiləri atəşə tutması barədə məlumat yayıb".





Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 12-də yaydığı açıqlamasında deyilir ki, Ermənistan diversiya qrupları Azərbaycan Ordusu bölmələrinin mövqeləri arasındakı ərazilərin və "təminat yollarının" minalanmasını həyata keçirib.





"Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib".





Lakin toqquşmaların ermənilərin sərhəddəki addımları ilə bağlı olduğu iddialarına sərt reaksiya verən siyasi şərhçi Safaryan deyir ki, Azərbaycan bununla bağlı heç bir sübut təqdim etməyib."






Dəhliz layihəsi iddiası










yanğınsöndürən





Ermənistanın Sotk qəsəbəsində son toqquşmalar zamanı atəşə məruz qaldığı deyilən evin xarabalıqları arasında işləyən yanğınsöndürən briqadasının üzvü. 14 sentyabr 2022-ci il.




Azərbaycan və Ermənistan arasında 2020-ci ildə baş verən və 44 gün davam edən İkinci Qarabağ Müharibəsi ardınca Rusiyanın iştirakı ilə 9 Noyabr tarixli üçtərəfli bəyanat imzalanıb.





O zamandan bəri, tərəflər, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və yekun sülh razılaşması ilə bağlı danışıqlar aparır. Lakin hər iki tərəfdə hələlik ciddi irəliləyişin olmadığını etiraf edirlər.





BBC-yə danışan ekspertlər Azərbaycanın Ermənistandan "daha çox güzəşt qazanmaq üçün gərginliyi artırdığını" deyirlər. Onların fikrincə, son gərginlik məhz bunun təzahürü ola bilər.





"Belə mikromüharibələr Əliyev administrasiyasının Ermənistan hakimiyyətini daha çox güzəştə məcbur etmək üçün istifadə etdiyi alətlərdir. Bu barədə Ermənistan parlamentində çıxış edən Nikol Paşinyan Zəngəzur dəhlizi və digər sərhəd mübahisələrinə də toxunub", - Roobik Monasian deyir.





Xədicə İsmayılova isə bu fikirdədir ki, son toqquşmalar "dəhliz məsələsinə" əksinə, mənfi təsir göstərə bilər: "Onsuz da bu dəhliz mümkün olmazdı. Sərhəddəki bu eskalasiya Paşinyana onun qarşısını almaq üçün bəhanədir".









Azərbaycan bayrağı








Xədicə İsmayılovaya əsasən, Ermənistanın dəmir yollarına nəzarət edən Rusiya bu layihəyə həvəslə yanaşmayıb.






Ukrayna müharibəsi ilə əlaqəsi varmı?



Politoloq Styopa Safaryan bildirir ki, Azərbaycan gərginliyə iki səbəbə görə "əl atıb". O, Ermənistan-Azərbaycan münasibətlərində Rusiyanın əhəmiyyətinə işarə edir və gərginliyin Ukrayna müharibəsi ilə bağlı ola biləcəyi iddiasını irəli sürür.





"Regionda çox təhlükəli bir inkişaf var və bunun Ukrayna müharibəsinin geosiyasi tərəfi ilə əlaqəsi olduğunu düşünürəm".





Onun sözlərinə görə, Azərbaycan hazırkı vəziyyətin Rusiyanın ən zəif nöqtəsi olduğunu, Moskvanın başının əks-hücuma qarışdığını hesab edir.





"Ola bilsin ki, Əliyev də bu vəziyyətdən yararlanmaq və birincisi, ermənilərin Dağlıq Qarabağdanqaçmasına, ikincisi, Ermənistanı qondarma dəhlizə məcbur etmək istəyib".





BBC Türkceye danışan siyasi şərhçi Fuad Şahbazov isə strateji baxımdan Zəngəzur dəhlizinin əvvəlki kimi vacib olmadığını deyir: "Çünki İran və Azərbaycan öz ərazisi vasitəsilə Azərbaycanın Naxçıvanın kənar ərazisinə çıxışına imkan verən əməkdaşlıq müqaviləsi imzalayıb. Bu, Zəngəzur dəhlizinin əhəmiyyətini azaldır".





Xədicə İsmayılova Azərbaycanın sabitlikdə maraqlı olduğunu deyir.





"Çünki Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bir çox iqtisadi layihələrə start verib və beynəlxalq investorları dəvət edir. Sabitlik nə qədər tez əldə olunarsa, regiona bir o qədər çox vəsait daxil olar".





Gələcək barədə  düşünürlər?





Toqquşmalardan sonra regional və beynəlxalq qüvvələr gərginliyi azaltmağa səsləyirlər.





Ermənistan parlamenti beynəlxalq ictimaiyyəti Azərbaycanı qınamağa çağırıb, BMT Təhlükəsizlik Şurasından da məsələyə təcili baxılmasını istəyib.





Politoloq Styopa Safaryan iddia edir ki, növbəti dövrdə nələrin baş verəcəyini proqnozlaşdırmaq çətindir, vəziyyət Azərbaycanın nə edəcəyindən asılıdır.





"Fərqli ssenarilər gündəmə gələ bilər. Lakin nə olursa olsun, Ermənistan ordusu Əliyev və Azərbaycana güzəştə getməmək mövzusunda qətiyyətli mövqe sərgiləyir və geri addım atmır."





Erməni ictimaiyyətinin qarşıdakı proseslərlə bağlı ümumi gözləntilər nədir? "Deyə bilərəm ki, ermənilər, ümumiyyətlə, daha güzəştə gedilməyəcəyini düşünürlər", Roobik Monasian suala belə cavab verir.





Bu arada Azərbaycan cəmiyyətində qarşı tərəfdən gözləntilərin aşağı olduğunu deyirlər.





"Sərhədlər hələ də bağlıdır, sülh müqaviləsi yoxdur. Müharibə zamanı itkin düşmüş əsgərlərin cəsədlərinin dəyişdirilməsi və ya əsirlərin dəyişdirilməsi kimi bəzi xırda dəyişiklikləri nəzərə almasaq, yerdə görünən heç bir nəticə yoxdur, - Fuad Şahbazov deyir.





Avqustun 31-də Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə Brüsseldə keçirilən Azərbaycan-Ermənistan liderlərinin üçtərəfli görüşündə əhalini "uzunmüddətli davamlı sülhə" hazırlamağın vacibliyi qeyd olunub.





Həmçinin, xarici işlər nazirlərinə sülh sazişi mətnlərinin layihələrini hazırlamaq üçün bir ay ərzində görüşmək tapşırığı verilib.