Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan: "Azərbaycanla bu ay sülh müqaviləsi imzalamağa hazırıq"

Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bu, Ermənistanın rəsmi mövqeyidir.

Bildirilir ki, o, razılaşdırılmış məqamlar üzrə müqaviləni imzalamağı və həll olunmamış məsələlərin müzakirəsini gələcəyə buraxmağı təklif edib.

Paşinyan həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh müqaviləsi layihəsinin təsdiqini başa çatdırmaq üçün işi gücləndirmək barədə razılığa gəliblər. O, təfərrüatları açıqlamayıb.