İttihamlar fonunda - ABŞ Azərbaycanla ikitərəfli münasibətlərə “dəyər verir”
09 Oktyabr 2024
Dövlət Departamentinin sözçüsü çərşənbə axşamı TURANın Vaşinqton müxbirinə rəsmi Bakının ABŞ və Qərbi düşməni kimi qələmə verməsi ilə bağlı sualına cavabında deyib: "Birləşmiş Ştatlar Azərbaycanla ikitərəfli münasibətlərini yüksək qiymətləndirir".
“COP29-un uğurlu olmasına və ortaq iqlim və enerji məqsədlərinə nail olunmasına kömək etmək üçün Azərbaycanla əməkdaşlığımız bir nümunədir”, - sözçüsü deyib.
"Birləşmiş Ştatlar həmçinin Cənubi Qafqaz xalqları üçün sülh və firavan gələcək həyat üçün Ermənistan və Azərbaycan arasında ləyaqətli və davamlı sülhün əldə edilməsi səylərini dəstəkləməyə sadiqdir", - sözçü yekunlaşdırıb.
Bakı ilə Vaşinqton arasında gərginlik son vaxtlar bir qrup ABŞ qanunvericisinin Azərbaycandakı insan haqlarının vəziyyətini tənqid edən və Entoni Blinkeni “bütün siyasi məhbusların, etnik ermənilər də daxil olmaqla girovların və hərbi əsirlərin, dərhal və qeyd-şərtsiz azad edilməsi üçün təzyiq göstərməyə” çağıran dövlət katibinə məktubundan sonra artıb.
Prezident İlham Əliyev cümə günü bu məktubu rədd edib və bu məktubun Dövlət Departamentinın özünün hazırladığını deyib və bununla da ABŞ-ı Azərbaycana “təzyiq etməkdə” ittiham edib.
Əliyevin şərhindən sonra Milli Məclisin deputatları öz məktubunda Azərbaycan Xarici İşlər Nazirliyini ABŞ ilə münasibətlərə yenidən baxmağa çağırıblar. Belə ki, millət vəkilləri müdafiə sahəsində əməkdaşlığı dayandırmaq və USAID-in Azərbaycandakı fəaliyyətinə son qoymağı təklif ediblər.