Ermənistan Türkiyə ilə münasibətlərin qurulması və sərhədlərin açılmasına ümid edir
29 Yanvar 2026
Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasında irəliləyiş, o cümlədən sərhədin tam açılması, diplomatik münasibətlərin qurulması mühüm əhəmiyyət kəsb edir.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan AŞPA-da çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bura Gümrü-Qars dəmiryolunun bərpası regional sabitliyin, rifahın möhkəmləndirilməsi də daxildir.
"Türkiyəli həmkarlarımızla çox intensiv və səmərəli dialoq aparırıq. Gündəlik kifayət qədər zəngindir. Hər iki tərəf dəfələrlə Ermənistan-Türkiyə dialoqu çərçivəsində son məqsədin iki ölkə arasında rəsmi diplomatik əlaqələrin qurulması, daha sonra sərhədlərin tam açılması və əlbəttə ki, əməkdaşlığın inkişaf etdirilməsi olmasına sadiqlik və hazırlıq ifadə edib", - A.Mirzoyan deputatların suallarını cavablandırarkən qeyd edib.
XİN rəhbəri bildirib ki, hazırda iki ölkə etimadın möhkəmləndirilməsi istiqamətində bir neçə tədbir həyata keçirə bilib. Xüsusilə, Gümrü-Qars dəmir yolu bərpa ediləcək ki, bu da həmin istiqamətdə ticarətin qurulmasına imkan verəcək.
"Tamamilə səmimi desək, məsələ razılaşmanın nədən ibarət olmasında deyil, bunun nə vaxt baş verəcəyindədir. Ümid edirəm ki, ən yaxın günlərdə və həftələrdə sərhədin ən azı qismən açılmasını daha sonra isə sərhədin tam açılmasını görəcəyik", - Ermənistanın XİN başçısı bildirib.