Ermənistan sülh müqaviləsi ilə bağlı Azərbaycanın cavabını alıb
26 Fevral 2025
İrəvan sülh müqaviləsi ilə bağlı Azərbaycanın cavabını alıb, digər sahələrdə - kommunikasiyaların açılması, silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizmi - hələ də cavabsız qalıb.
Bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
Qeyd edək ki, Azərbaycan 2024-cü ilin noyabrında sülh müqaviləsinin mətninə dair 11-ci təkliflər paketini Ermənistana göndərib.