Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarır? - Rəsmi İrəvan açıqlama verdi

“Ermənistan 44 günlük müharibə zamanı Qarabağa yerləşdirdiyi silahlı qüvvələrini çıxarır.”

Bu açıqlama ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çıxış edib.

A.Qriqoryan həmçinin bəyan edib ki, artıq Ermənistandan olan hərbi çağırışçılar Qarabağa göndərilməyəcək.

Ermənistan rəsmisi Rusiya sülhməramlı kontingentinin Qarabağa yerləşdirilməsini oradakı ermənilərin təhlükəsizliyinin təminatı hesab etdiyini açıqlayıb.