Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan Prezidenti müxalifətə səsləndi: "Qarabağ Azərbaycanın tərkibində ola bilməz" desək...

“Qarabağla bağlı danışıqlarda iştirak edən vəzifəli şəxslər manevr imkanından məhrum edilməməlidir”.

“Armenia today” xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ölkənin İctimai Televiziyasına müsahibəsində müxalifətin “Qarabağ heç vaxt Azərbaycanın tərkibində ola bilməz” ifadəsini səsləndirməklə bağlı tələbini şərh edərkən deyib.

“Biz realist olmalıyıq. Əgər siz belə bir şeyi bəyan edirsinizsə, manevr hüququndan məhrum olursunuz. Biz siyasət və diplomatiyanı populizm və ictimai bəyanatlardan ayırmağı bacarmalıyıq. Biz bunu etmirik və bütün bunları bir-birinə qatırıq”, - deyə Xaçaturyan söyləyib.