Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan parlamenti sabah TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyası oktyabrın 21-də TRIPP (Tramp Marşrutu) layihəsi üzrə ABŞ ilə strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyası layihəsini müzakirə edəcək.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Komissiyada müzakirə edildikdən sonra sənədə parlamentin oktyabrın 27-də keçiriləcək plenar iclasda baxılacaq.

Parlament komissiyasında layihə üzrə əsas məruzəçi qismində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxış edəcək.