Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan parlamenti hökumətin istefası məsələsinə baxacaq

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan iyunun 17-də parlamentin növbədənkənar iclasının çağırılması barədə göstəriş verib. Iclasın gündəliyinə hökumətin istefası və yeni Nazirlər Kabinetinin formalaşdırılmasının zəruriliyi ilə bağlı layihə daxil ediləcək.

Göstəriş qanunverici orqanın saytında dərc olunub.

Bazar günü axşam “Vətən naminə Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, müxalifət parlamentdə baş nazir Nikol Paşinyanın impiçmenti prosesini başladacaq. Qalstanyan iyunun 12-də günortadan sonra tərəfdarlarını Yerevanda parlament binası yaxınlığında toplaşmağa çağırıb.