Ermənistan əhalisinin 60 %-i konstitusiyanın dəyişdirilməməsinin tərəfdarıdır
13 Mart 2025
Ermənistan vətəndaşlarının təxminən 60 %-i hesab edir ki, ölkə konstitusiyası dəyişdirilməməlidir, sorğuda iştirak edənlərin 18,4 %-i əsas qanunun bəzi müddəalarının dəyişdirilməsinin tərəfdarı olub.
Ermənistan KİV-i xəbər verir ki, bu, “MPG/Gallup International Аssociation” tərəfindən 27 fevral - 6 mart tarixlərində keçirilmiş sorğunun nəticələrində öz əksini tapıb.
Sorğuda 1 100 respondent iştirak edib.
MPG-nin məlumatına görə, respondentlərin 7,5 %-i tamamilə yeni Konstitusiyanın qəbul edilməli olduğunu qeyd edib, 14,5 %-i isə cavab verməkdə çətinlik çəkib.