Ermənistan baş naziri: "Vasitəçilərin səmərəsizliyi danışıqlardan imtina etmək üçün əsas deyil"
07 May 2024
Vasitəçilərin səmərəsizliyi Azərbaycanla danışıqlardan imtina etmək üçün əsas deyil.
“Sputnik-Armenia” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
“Biz vasitəçiliyi avtomatik rədd etmirik. Amma elə vasitəçilik var ki, zaman keçdikcə effektiv olmadığını göstərir, bizim üçün problemlər yaradır”, - o vurğulayıb.
Baş nazirin fikrincə, vasitəçilər vasitəsilə danışıqlar nədənsə yaxşı getmirsə, bu, danışıqlardan imtina etmək anlamına gəlmir.