Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan Azərbaycanın son təkliflərinə cavab verib

Ermənistan Azərbaycan tərəfinin “Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verib.

"Aysor" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

O, söyləyib ki, söhbət “Sülh müqaviləsi” layihəsinə dair təkliflərin səkkizinci variantından gedir.

Qeyd edək ki, bu il fevralın 21-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanın Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi aldığını açıqlamışdı.