Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı müzakirələrə başlamağa hazırlaşır

Ermənistan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müzakirələrə başlamaq niyyətindədir.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

"Biz danışmışdıq ki, müzakirə oluna bilən və müzakirəyə çıxarılmayan məsələlər var. Müzakirə edilə bilən məsələlərdən biri ATƏT-in Minsk qrupunun buraxılması məsələsidir. Bir daha təkrar edirəm: ATƏT-in Minsk qrupunun buraxılması məsələsi müzakirə oluna bilər və biz yaxın zamanda bu məsələ ilə bağlı müzakirələrin başlanması təşəbbüsü ilə çıxış etməyi planlaşdırırıq", – o bildirib.