Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənilərə qaytarılan əsir və meyitlərin sayı açıqlanıb

"Bu il sentyabr döyüşlərində hərbi əməliyyatlar zamanı əsir götürülmüş 17 şəxs və 133 meyit erməni tərəfinə təhvil verilib".

Bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Vətən müharibəsində əsir götürülmüş 164 ermənini və 1 713 meyiti qarşı tərəfə təhvil verib.